Alper Gezeravcı sabah Yerə qayıdacaq

Türkiyəli astronavt Alper Gezeravcı fevralın 3-də Türkiyə vaxtı ilə 14:00-da Yer planetinə doğru yola çıxacaq.

Yerveinsan.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə saat 17:50-də Alper Gezeravcının da daxil olduğu Ax-3 komandası ilə vidalaşma mərasimi keçiriləcək. Mərasim “Axiom Space”nin sosial media hesablarında canlı yayımlanacaq.

Alper Gezeravcı və komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək. Planlaşdırılan eniş ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.