Kəlbəcərdə zəlzələ olub
Kəlbəcərdə zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Daşkəsən st-dan 49 km cənubda, Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.2, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.