İmişlidə zəlzələ olub

Aprelin 15-də Saatlı stansiyasından 18 kilometr şimal-qərbdə - İmişli rayonunda zəlzələ qeydə alınıb.

Yerveinsan.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 03:53-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.