Pezeşkiyan və Cəlili ikinci turda mübarizə aparacaqlar
İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.
İran mediası xəbər verir ki, nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili öndədir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.