Ukrayna Təhlükəsizlik Xidməti casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən bir nəfəri saxlayıb.
UNİAN xəbər verir ki, adı açıqlanmayan həmin şəxs ordu birləşmələri, silah-sursat, eləcə də hərbi texnikanın dəmir yolu vasitəsilə hərəkəti barədə məlumatları qarşı tərəfə ötürməkdə şübhəli bilinir.