Tramp İranı məhv etməklə hədələdi

ABŞ prezidenti Donald Tramp yenidən İranı təhdid edib. O öz Twittersəhifəsində bildirib ki, İran tərəfindən ediləcək istənilən hücum böyük və dəhşətli cavab addımı ilə qarşılanacaq. 

“Bu cavab bəzi bölgələrdə hətta məhvedici olacaq. Daha nə Con Kerri var, nə Barak Obama”, - deyə Tramp yazıb. O bunu deyərkən özündən qabaqkı liderlərin İranla bağladığı və 2018-ci ildə pozulan nüvə sazişini nəzərdə tutub.

Qeyd edək ki, Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq İran prezidenti Həsən Ruhani Trampın ünvanına  “ağıldankəm” ifadəsini səsləndirmişdi:


 “Ağ Evi nə etdiyini bilməyən insan idarə edir”

Tramp məhz bu ifadəyə cavab olaraq İranı təhdid edib.