COP29-da iştirak edəcək nümayəndə heyəti üçün tarif portalı istifadəyə verilib

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcəyi təsdiqlənmiş nümayəndə heyətləri üçün http://cop29.services tarif portalını istifadəyə verilib.
Bu barədə COP29-un “X” sosial media hesabında qeyd edilib.
Bildirilib ki, portal COP29 zamanı nümayəndə heyətlərinə göstərilən logistika və planlaşdırma xidmətlərini sadələşdirmək üçün yaradılıb.
"Bu resurs tədbir üçün lazım olan mebel, audiovizual avadanlığın və canlı yayım xidmətlərinin icarəsi variantlarını müqayisə etməyə, habelə logistik əməliyyatları daha rahat və mütəşəkkil şəkildə həyata keçirməyə imkan verən interfeysə malikdir", - deyə əlavə edilib.//Trend