Geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

ASCO-dan  bildirlib ki, təmir müddətində gəminin baş mühərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsi üzrə 2 ədəd müasir tipli stasionar VHF radiostansiya Furuno FM-8900S, Radar Koden MDC-7912, Avtomatik İdentifikasiya Sistemi TR-8000 MKII, GPS GP-170, ümumi istifadə üçün televiziya antenası quraşdırılıb. Bütün qəza vasitələri EPİRB, SART, VHF (GMDSS) yeni nəsil avadanlılqarla əvəzlənib. Həmçinin girokompas, ucadandanışan komanda - yayım qurğusu təmir edilib.