Bəzi rayonlarda külək güclənib - FAKTİKİ HAVA

Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.