Bakının üç rayonunda qaz təchizatında müvəqqəti fasilələr olacaq

Bu gün Bakının üç rayonunda qaz təchizatında müvəqqəti fasilələr olacaq.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Binəqədi, Yasamal və Sabunçu rayonlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumatda qeyd olunur ki, Binəqədi rayonunda siyirtmə quraşdırılması, Yasamalda yeraltı qaz xəttindəki sızmanın aradan qaldırılması, Sabunçuda isə yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu işlər nəticəsində Binəqədi və Yasamal rayonlarının bir hissəsi, Sabunçunun Kürdəxanı qəsəbəsi, Ləhic bağları və Nardaran qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.