Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, 45 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 Bildirilib ki, 1 315.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.