COP29 çərçivəsində Bakıda elektrik avtobuslar fəaliyyət göstərəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə ediləcək.

Bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Məlumata görə, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı əhəmiyyətli irəliləyişlər əldə olunub. Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması nəzərdə tutulur. Həmçinin, sərnişindaşınmanın asanlaşdırılması məqsədilə 350 elektrik avtobusu təmin ediləcək, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.