Ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.