Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb
Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəranda yağış yağır.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.