Sabah bu rayonların qaz təchizatının dayandırılması planlaşdırılır

Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.

Yerveinsan.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.

Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) “Qaz İxrac” İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən CAKA-80 tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, 1 ədəd RDO50/100 markalı qaz tənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatı “Qarasu” QPS-dən qidalanan “Qarasu əhali” ölçü qovşağından dayandırılması planlaşdırılır.