Azərbaycanda qanunsuz ov edən 10 xarici ölkə vətəndaşı yaxalanıb

2025-ci ilin 6 ayı ərzində ölkə ərazisində 85 qanunsuz ovetmə faktı aşkarlanıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, qanunsuz ovetmə faktları ilə bağlı 84 protokol tərtib edilib və 1 cinayət işi açılıb.
"Bu ilin ötən müddəti ərzində qanunsuz ov edənlər arasında 10 xarici ölkə vətəndaşı olub", - deyə o qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, qanunsuz ov hallarına görə bu ilin ötən müddəti ərzində ümumilikdə 103 050 manat məbləğində cərimə tətbiq olunub:
"Qanunsuz ovetmə faktları Cəlilabad, İmişli, Neftçala, Lənkəran, Tovuz, Biləsuvar, Salyan, Xızı, Xaçmaz, Biləsuvar, Ağcabədi rayonlarında, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazisində qeydə alınıb", - o bildirib (trend)