Tramp: Səlahiyyətim Konstitusiya və ya məhkəmələrlə deyil, öz əxlaqımla məhdudlaşır
ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin Konstitusiya və ya məhkəmələr tərəfindən deyil, öz əxlaq anlayışı ilə məhdudlaşdığını bildirib.
Tramp CBS News telekanalına verdiyi müsahibədə, daha əvvəl “onu dayandıra biləcək yeganə şeyin beynəlxalq hüquq deyil, öz əxlaqı olduğu” barədə söylədiyi sözlərin xatırladılması üzərinə belə deyib:
“Səlahiyyətim Konstitusiya və ya məhkəmələrlə deyil, öz əxlaqımla məhdudlaşır. Mən əxlaqlı bir insanam. Ölüm görməkdən xoşlanmıram. Öz insanlarımızın zərər görməsini istəmirəm. Qarşı tərəfdə olan insanların da zərər görməsini istəmirəm.”
ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat zamanı “qarşı tərəfdə” insanların öldürülməsindən məmnun olmadığını bildirən Tramp əlavə edib: “Bu, mənim əxlaqımla məhdudlaşır və mənim əxlaq anlayışım çox yüksəkdir. Buna görə də bu şəkildə məhdudlaşdırılıb.”

