Tramp İranın ABŞ ilə danışıqlar apardığını bildirsə də, nəticə ilə bağlı ümid vermədi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar apardığını bildirsə də, bu danışıqların nəticəsi barədə nikbin olmadığını qeyd edib.

Tramp ABŞ-ın “Fox News” telekanalına İranla bağlı mümkün hərbi hücum ehtimalı barədə açıqlamalar verib.

İranla bağlı planlarını Yaxın Şərqdəki müttəfiq ölkələrə əvvəlcədən bildirməyin düzgün olmadığını deyən Tramp, bu hazırlıqlarla bağlı məlumatları regional müttəfiqlərlə paylaşmağın “media ilə paylaşmaqdan daha pis ola biləcəyini” vurğulayıb.