İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, episentri Buşehr əyalətinin Aseluye rayonu olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Zəlzələ yerin 18 kilometr dərinliyində baş verib. Can itkisi olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.