Medvedev: Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qoşula bilər
Medvedev sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın Qrenlandiya ilə bağlı təşəbbüslərini dəyərləndirib.
ABŞ-ın Qrenlandiyanı almasının “dünya iqliminin” dəyişməsi üçün yaxşı ola biləcəyini bildirən Medvedev belə deyib: “Amma Tramp tələsməlidir. Təsdiqlənməmiş məlumatlara görə, bir neçə gün ərzində qəfil referendum keçirilə bilər və 55 min əhalisi olan Qrenlandiyanın bütün sakinləri Rusiyaya qoşulmaq üçün səs verə bilərlər. O zaman hər şey bitər.”

