Qazaxıstanın yeni parlamenti “Qurultay” adlandırılacaq
Qazaxıstanın Məclis və Senatdan ibarət Parlamenti birpalatalı sistemə keçdikdən sonra Qurultay adlandırılacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında ölkədə yaradılacaq birpalatalı yeni parlamentlə bağlı açıqlamalar verib.
Tokayev xalqın birpalatalı parlamenti dəstəklədiyini bildirib.
Yeni parlamentə “Qurultay” adının veriləcəyini qeyd edən Tokayev deyib: “Xalqımız ‘Qurultay’ sözünün tarixi mənasını yaxşı bilir. Buna görə də düşünürəm ki, ölkəmizin siyasi sistemində ‘Qurultay’ adının mühüm dövlət simvolu kimi qorunub saxlanılması vacibdir.”

