Türkiyədə İrandan buraxılan ballistik raket zərərsizləşdirilib

Türkiyədə İrandan buraxılan ballistik raket zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Biz kimdən və haradan gəlməsindən asılı olmayaraq, torpağımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. Hava məkanımızı qorumaq üçün bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Sizə xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”, - nazirliyin bəyanatında qeyd edilib

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.