Tramp yadplanetlilərin mövcud olub-olmaması barədə heç vaxt danışmayacağını söyləyib

ABŞ Prezidenti Donald Tramp aidiyyəti nazirlik və qurumlara yadplanetlilər və UFO-larla bağlı sənədləri müəyyən edib ictimaiyyətə açıqlanması prosesinə başlamaq üçün göstəriş verəcəyini bildirib.

Tramp “Air Force One” təyyarəsində jurnalistlərə keçmiş Prezident Barack Obamanın bir podkast müsahibəsində “yadplanetlilərin real olduğunu” deməsi ilə bağlı açıqlama verib.

Obamanın “gizli” məlumatlar paylaşdığını və “bunu etməməli olduğunu” iddia edən Tramp, “O, böyük səhv etdi”,- deyib.

Tramp yadplanetlilərin həqiqətən mövcud olub-olmaması barədə isə məlumatı olmadığını bildirərək, bu mövzuda fikrinin olmadığını və bu barədə heç vaxt danışmayacağını söyləyib.