Zelenski: Biz müharibənin şərəfli şəkildə sona çatması ilə maraqlanırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna arasında aparılan üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə 4 və 5 fevral tarixlərində davam edəcəyini bildirib.

Zelenski sosial media hesabında paylaşdığı məlumatda müharibənin sona çatdırılması istiqamətində aparılan danışıqlarla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovdan məlumat aldığını qeyd edib.

Ukrayna, ABŞ və Rusiya arasında Abu Dabidə 4–5 fevral tarixlərində üçtərəfli danışıqların davam edəcəyini bildirən Zelenski, “Ukrayna əsaslı danışıqlara hazırdır. Biz müharibənin real və şərəfli şəkildə sona çatmasına bizi yaxınlaşdıracaq nəticə ilə maraqlanırıq,” — deyə vurğulayıb.