Rusiyada əsrin əvvəlindən bəri ən böyük geriləmə qeydə alınıb

 RF-də investisiya kreditlərinin əlçatanlığı son 20 ilin minimumuna enib

Rusiya müəssisələrinin yalnız yeddidə biri investisiya məqsədləri üçün uzunmüddətli bank kreditləri ala bilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Xalq Təsərrüfatının Proqnozlaşdırılması İnstitutunun (İNП RAN) araşdırmasında bildirilir, məlumatı “Nezavisimaya qazeta” yayıb.

Qeyd olunur ki, bu qədər aşağı göstərici sonuncu dəfə 20 ildən çox əvvəl, əsrin əvvəlində müşahidə olunmuşdu. Hətta 2008, 2014, 2020 və 2022-ci illərin böhranları dövründə belə bu cür vəziyyət qeydə alınmamışdı; yəni həmin illərdə investisiya kreditlərinə çıxış xeyli daha yüksək idi.