Türkiyədə zəlzələ olub

Türkiyənin Balıkəsir vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

 Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 18:11-də qeydə alınan zəlzələnin ocağı yerin 11,58 kilometr dərinliyindədir.

Yeraltı təkanlar Balıkəsirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss edilib.