ABŞ Prezidenti Tramp: Beynəlxalq hüquqa ehtiyacım yoxdur
“New York Times” (NYT) qəzetinə geniş müsahibə verən ABŞ Prezidenti Tramp iqtisadiyyatdan xarici siyasətə qədər bir çox mövzuda fikirlərini bölüşüb.
Tramp müsahibəsində ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edib-etməyəcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verərək ölkəsinin milli maraqlarını ön plana çıxarıb.
ABŞ Prezidentindən qlobal səlahiyyətlərinin hər hansı məhdudiyyəti olub-olmadığı soruşulduqda, “Bəli, bir şey var: öz əxlaqım, öz ağlım. Məni dayandıra biləcək yeganə şey budur. Beynəlxalq hüquqa ehtiyacım yoxdur” cavabını verib.
Məqsədinin insanlara və digər ölkələrə zərər vermək olmadığını deyən Tramp, beynəlxalq hüququn necə tərif olunduğundan asılı olaraq bu prinsiplərə əməl edib-etməyəcəklərinə qərar verdiklərini bildirib.

