İranda etirazlar müxtəlif şəhərlərdə davam edir

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi: Etirazlarda həyatını itirənlərin sayı 42-yə yüksəldi

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayının 42-yə çatdığını bildirib.

Bildirilib ki, İranda etirazlar müxtəlif şəhərlərdə davam edir. ABŞ Prezidenti Tramp isə İrandakı etirazlarda insanların öldürülməsi halında ölkəni “çox sərt şəkildə vurmaqla” hədələyib.

Məlumata görə, bu müddət ərzində ölkənin 31 əyalətinin hamısında baş verən etirazlarda, 5-i 18 yaşından kiçik olmaqla ümumilikdə 34 etirazçı və təhlükəsizlik qüvvələrinə bağlı 8 nəfər həyatını itirib.

Ölkə üzrə ümumilikdə 2 min 277 nəfər saxlanılıb.

Yaralanmaların əsasən saçma və plastik güllələrin dəyməsi nəticəsində baş verdiyi qeyd olunub.

İran rəsmiləri etirazlarda ölənlər və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.

HRANA dünən 11-ci günə dair yaydığı hesabatda ölənlərin sayının 38-ə, saxlanılanların sayının isə 2 min 217-yə yüksəldiyini açıqlamışdı.