Rusiya XİN Qərbin Ukraynada qoşun yerləşdirmə planlarına reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələrinin Ukraynada qoşun və hərbi obyektlər yerləşdirməsi Rusiyanın təhlükəsizliyinə təhdid yaradan intervensiya kimi qiymətləndiriləcək. Nazirliyin şərhi XİN-in rəsmi saytında dərc olunub.

“Ukrayna ərazisində Qərb ölkələrinə məxsus hərbi bölmələrin, hərbi obyektlərin, anbarların və digər infrastrukturun yerləşdirilməsi təkcə Rusiyanın deyil, həm də Avropanın digər ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə kimi qiymətləndiriləcək”, — deyə açıqlamada qeyd olunub.//Lenta.ru