Tramp: Güc tətbiq etmək istəmirəm

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Qrenlandiya məsələsində hərbi gücdən istifadə etməyəcəyini qeyd edərək deyib:
“Tariximiz boyu bir çox başqa əraziləri satın aldığımız kimi, ABŞ-nin Qrenlandı satın almasını müzakirə etmək üçün (Danimarka ilə) təcili danışıqlar aparılmasını tələb edirəm.”

Qrenlandiya mövzusunda açıq və qəti mesajlar verən Tramp, milli təhlükəsizlik səbəblərinə görə bu əraziyə sahib olmaları gərəkdiyini müdafiə edərək, bu məsələ ilə bağlı Danimarka ilə danışıqlara hazır olduqlarını bildirib.

Tramp deyib: “Yəqin ki, həddindən artıq güc tətbiq etməyə qərar verməsək, Qrenlandiya məsələsində heç nə əldə edə bilməyəcəyik. Bu halda isə, açığı, qarşısı alına bilməz vəziyyətdə olardıq. Ancaq bunu etməyəcəyəm. Güc tətbiq etmək istəmirəm və etməyəcəyəm.”//aa.com.tr