Avropada Trampın Qrenlandiya yaxınlığındakı Rusiya və Çin gəmiləri ilə bağlı sözlərinə reaksiya verilib - Doğru deyil

Şimali Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Rusiya və Çin gəmilərinin guya Qrenlandiya yaxınlığında fəaliyyət göstərməsi ilə bağlı iddialarını təkzib ediblər. Bu barədə Financial Times (FT) qəzeti yüksəkvəzifəli diplomatlara istinadla məlumat yayıb.

“Orada çinlilərin və rusların olması sadəcə doğru deyil. Mən kəşfiyyat məlumatlarını görmüşəm. Orada nə gəmilər, nə də sualtı qayıqlar var”, — deyə NATO-nun kəşfiyyat hesabatları ilə tanış olan mənbələrdən biri bildirib.