FETÖ-yə qarşı əməliyyatda 16 şübhəli saxlanılıb
Kocaelidə FETÖ-yə qarşı əməliyyatda 16 şübhəli saxlanılıb
Türkiyə mətbuatı xəbər verir ki, Vilayət Polis İdarəsinin yaydığı açıqlamaya görə, FETÖ-nün fəaliyyət və əməllərinin ifşa edilməsi və qarşısının alınması məqsədilə əməliyyat aparılıb.
Bu çərçivədə eyni vaxtda keçirilən əməliyyatda silahlı terror təşkilatının “məxfi strukturu” daxilində fəaliyyət göstərdikləri müəyyən edilən 16 şübhəli saxlanılıb.
Şübhəlilərin polis idarəsindəki istintaq prosedurları davam edir.

