Tramp - Əgər Qrenlandiyanı biz ələ keçirməsək, Rusiya və ya Çin sizin qonşunuz olacaq
Tramp Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdükdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Tramp Qrenlandiya məsələsində mövqelərinin dəyişmədiyini və buraya “sahib olmaq” istədiklərini bir daha təkrarlayaraq, bu mövzuda Avropa ölkələrinə “yaxşılıq etdiyini” iddia edib.
“Qrenlanda Rusiyanın və ya Çinin gəlməsini istəmirik. Əgər Qrenlandiyanı biz ələ keçirməsək, Rusiya və ya Çin sizin qonşunuz olacaq. Bu baş verməyəcək”, — deyə Tramp bu məsələdə qətiyyətli olduqlarını bildirib.
ABŞ Prezidenti həmçinin deyib: “Çin və ya Rusiyanın Qrenlandı işğal etməsinə icazə verə bilmərik. Çin və ya Rusiyanın Venesuelanı işğal etməsinə də icazə verə bilmərik. Əgər etdiyimiz bu işi görməsəydik, Çin və ya Rusiya Venesuelada olardı.”
Tramp Danimarka ilə Qrenlandiya mövzusunda razılaşma əldə etmək istədiklərini qeyd edərək, əgər bu baş tutmasa, “zor yolu”ndan istifadə etməyə də hazır olduqlarını bildirib.//aa.com.tr

