Tramp - O kubalıların çoxu ötən həftə ABŞ-ın hücumunda öldürüldü

ABŞ Prezidenti Donald Tramp Venesueladan Kubaya “nə neftin, nə də pulun gedəcəyini” bildirərək, Havana rəhbərliyinə “gec olmadan razılaşma əldə etmələri” çağırışı edib.

Türkiyə mətbuatı xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək, Kubanın illərdir Venesueladan gələn “iri həcmdə neft və pul hesabına yaşadığını” iddia edib.

Kubanının bunun müqabilində Venesuelaya “təhlükəsizlik xidməti” göstərdiyini, lakin bunun artıq dayandırıldığını irəli sürən Tramp, “O kubalıların çoxu ötən həftə ABŞ-ın hücumunda öldürüldü”, — deyə bildirib.