Trampın İrana qarşı kiber və psixoloji hücum variantlarını nəzərdən keçirdiyi iddia edilir
CBS News-ə danışan və adlarının açıqlanmasını istəməyən iki Müdafiə Nazirliyi rəsmisinə görə, Trampa İrana qarşı istifadə oluna biləcək hərbi və gizli vasitələr barədə ətraflı təqdimat edilib.
Rəsmilər iddia ediblər ki, İrana mümkün hərbi müdaxilədə hava qüvvələri və uzaqmənzilli raketlər mərkəzi rolunu qorusa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də variantlar arasında yer alır.

