Tramp Kolumbiya Prezidenti Petro ilə telefon danışığı apardığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronun ona telefonla zəng etdiyini açıqlayaraq, yaxın zamanda onunla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.
Tramp mövzu ilə bağlı paylaşımını Truth Social sosial media platformasında edib.
“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi”, – deyə Tramp yazıb. O bildirib ki, Petro narkotik məsələsi və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng edib. “Onun zəngini və üslubunu yüksək qiymətləndirdim və yaxın zamanda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Tramp qeyd edib.

