ABŞ Prezidenti Tramp: “İrana doğru nəhəng bir armada irəliləyir”

ABŞ Prezidenti Donald Tramp İrana doğru “nəhəng bir armadanın irəlilədiyini” bildirərək, Tehran rəhbərliyinə razılaşma əldə etmədikləri təqdirdə “daha ağır bir hücumun həyata keçiriləcəyi” barədə xəbərdarlıq edib.

Tramp sosial media hesabında etdiyi paylaşımda “İrana doğru nəhəng bir armada irəliləyir” ifadəsini işlədib.

Bunun başında Abraham Lincoln adlı böyük aviadaşıyıcı gəminin olduğu və Venesuelaya göndəriləndən daha böyük bir donanmaya işarə etdiyini qeyd edən Tramp, “(Donanma) Venesueladakı kimi, zərurət yaranarsa, sürətlə və sərt şəkildə vəzifəsini yerinə yetirməyə hazır, istəkli və qabiliyyətlidir” deyə bildirib.