Kim süni intellekt dəstəkli raket sistemləri və yeni nəsil silahların hazırlanmasının davam etdiriləcəyini söyləyib
Kim paytaxt Pxenyanda beş ildən sonra keçirilən Koreya İşçi Partisinin 9-cu Qurultayının açılışında çıxış edib.
Hakimiyyətinin 15-ci ilinə qədəm qoyan Kim çıxışında 2021-ci ildən bəri xüsusilə iqtisadiyyatda mühüm irəliləyiş əldə olunduğunu və ölkənin “geri dönməz şəkildə gücləndiyini” iddia edib.
Son beş ili “ən ağır çətinliklərin dəf edildiyi, şərəfli bir dövr” kimi xarakterizə edən Kim yeni mərhələ üçün də xarici yardıma ehtiyac olmadan iqtisadi inkişafı hədəfləyən yeni beşillik iqtisadi planın vacibliyini vurğulayıb.
Kim bildirib ki, yeni dövr regional inkişaf siyasətləri və kənd yerlərinin transformasiya proqramları baxımından kritik əhəmiyyət daşıyır və irəliləyiş fasiləsiz davam etdirilməlidir.
Bundan əlavə, Kim ölkənin müdafiə qabiliyyətini artırmaq üçün süni intellekt dəstəkli raket sistemləri və yeni nəsil silahların hazırlanmasının davam etdiriləcəyini söyləyib.//aa.com.tr

