Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərə qarşı mübarizə tədbirləri davam etdirilir.