Tovuzda iki qardaş dəm qazından boğulub

Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.

Rayona qonaq gələn şəxslər dəm qazından boğulublar.

Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.

Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.