MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
“Döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.