Londona biletsiz: naməlum şəxs təyyarədən yıxıldı

Britaniyanın paytaxtı Londonda naməlum şəxs uçuş vaxtı təyyarədən yıxılıb.

Skotland-Yard əməkdaşları kişinin meyitini Londonda fərdi evin həyətindən tapıblar.  

Onun uçuş zamanı şassi bölməsindən düşdüyü ehtimal olunur. “Keniya Hava Yolları”na məxsus təyyarəyə baxış zamanı şassi bölməsində su və çanta aşkarlanıb.  

Hazırda həkimlər və polislər ölənin şəxsiyyətini müəyyənləşdirirlər. Məlumata görə, onun meyiti tanınmaz hala düşüb.

Polis hesab edir ki, sərnişinin bileti olmayıb.