İranda baş verən zəlzələ Ordubadda hiss olunub
İran ərazisində baş verən zəlzələ Azərbaycanın Ordubad şəhərində də hiss edilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:50-də Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,4 olub, zəlzələnin ocağı isə 4 kilometr dərinlikdə yerləşib.
Ordubad şəhərində zəlzələ 3 bala qədər hiss olunub. Hadisə ilə bağlı hər hansı ciddi ziyan və ya insan tələfatı barədə məlumat verilməyib.