Türkiyənin müdafiə naziri ABŞ-li həmkarı ilə Suriyani müzakirə edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
Bildirilib ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Suriyadakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.