Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başladı
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.
"TRT Haber" xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.
Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.