Bayden köməkçiləri ilə İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edib

ABŞ prezidenti Co Bayden İranın nüvə obyektlərinə zərbələr endirmək üçün köməkçilərinin ona təqdim etdiyi planı müzakirə edib.

Bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.

"Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bir neçə həftə əvvəl (...) prezident Baydenə iranlılar yanvarın 20-dən əvvəl nüvə silahı hazırlamağa davam edərsə, ABŞ-nin İranın nüvə obyektlərinə potensial hücumu variantlarını təqdim etdi", - məlumatda qeyd olunub.

Prezident və komandasının müxtəlif variantları və ssenariləri müzakirə etdiyi, lakin Baydenin görüş zamanı mümkün zərbə ilə bağlı qərar vermədiyi qeyd edilib.//Trend