Çində ölənlərin sayı 95-ə, xəsarət alanların sayı 130-a çatıb

Çində 6,8 maqnitudalı zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Ölkə rəhbərliyi regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərib.

Yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində ölənlərin sayı 95-ə, xəsarət alanların sayı 130-a çatıb.