Filippində 5,7 bal gücündə növbəti zəlzələ baş verib
Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentrin təxminən 5 min nəfər əhalisi olan Siokon şəhərindən 7 km şimal-şərqdə yerləşdiyi bildirilib. Zəlzələnin dərinliyi 10 km olub. Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.