NATO-nun Baş katibi Ukraynaya daha çox silah verməyə çağırıb
Kiyevin məğlubiyyəti NATO-ya hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.
NATO-nun Baş katibi Mark Rütte bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
“Ukrayna məğlubiyyətə uğrasa, NATO-nun milyardlarla deyil, trilyonlarla dollara ehtiyacı olacaq. Bu halda alyansın qərb cinahının müdafiəsi indi müzakirə etdiyimizdən daha baha başa gələcək”, - deyə Mark Rütte bildirib.
NATO-nun Baş katibi atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarük etməyə, habelə Rusiyanın şərtləri ilə razılaşmamağa çağırıb.//Azərtac