Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 16:57-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 62 kilometr olub.